!["ASAN Xidmət"ə yeni mətbuat katibi təyin olundu](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
"ASAN Xidmət"ə yeni mətbuat katibi təyin olundu
Lider televiziyasının Xəbərlər Departamentinin redaksiya rəhbəri Elnur Niftəliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN xidmət) yeni mətbuat katibi təyin olunub. Lent.az-ın Eurasia Diary-yə istinadən xəbərinə görə, Elnur Niftəliyev məlumatı təsdiqləyib.
Qeyd edək ki, qurumun bundan əvvəlki mətbuat katibi Anar Hüseynov olub.
Xatırladaq ki, Elnur Niftəliyev 1983-cü ildə Bakı şəhərində anadan olub, azərbaycanlıdır. 2004-cü ildə Elm Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin jurnalistika fakültəsinin bakalavr, 2006- cı ildə isə Bakı Dövlət Universitenin jurnalistika fakültəsinin magistr təhsil pillələrini fərqlənmə diplomları ilə bitirib. 2006-2009-cu illərdə BDU-nun Jurnalistika fakültəsinin əyani aspirantı olub. 2000-cil ildən etibarən müxtəlif mətbu orqanlarda və televiziya kanallarında jurnalist kimi fəaliyyət göstərib. 2004-2006-cı illərdə «Azad Azərbaycan» Teleradio şirkətində “Son Xəbər” proqramında müxbir vəzifəsində çalışıb. 2006-cı ildən «Lider» TV və Radio Azərbaycan Məhdud Məsuliyyətli Cəmiyyətində müxbir, aparıcı, prodüser vəzifələrində çalışıb. 2013-cü ildən həmən televiziyada Xəbərlər Departamentində redaksiya rəhbəri vəzifəsində çalışıb. Ümummilli lider Heydər Əlievin 90 illik yubileyi ilə baglı çəkilişləri dünyanın 10-a yaxın ölkəsində aparılmış “Ümumbəşər”, ulu öndər Heydər Əliyevin həyatındakı Klivlend səhifəsindən bəhs edən "Unudulmaz", İlk Avropa Oyunlarına həsr edilmiş “Olimpə doğru” filmlərinin və yüzlərlə telereportajın müəllifidir. Müəllifi olduğu “Unudulmaz” adlı sənədli ekran əsərinin Azərbaycanla yanaşı, ABŞ, Türkiyə, Özbəkistanda dövlət səviyyəsində təqdimat mərasimləri keçirilib. “Azərbaycanda siyasi jurnalistikanın təşəkkülü və inkişafı (1900-1920-ci illər)” adlı kitabın müəllifidir. Kitabın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik tədbirləri çərçivəsində öncə Bakı Dövlət Universitetində, sonra Ankarada Azərbaycan və Türkiyə rəsmilərinin iştirakı ilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – Türksoyun baş ofisində təqdimat mərasimləri gerçəkləşib. Filologiya üzrə fəlsəfə doktorudur. Ailəlidir, üç övladı var.
Elnur Niftəliyev 2006, 2007, 2008-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekologiya sahəsində «Ən yaxşı telereportaj» müsabiqəsinin qalibi olub, 2010-cu ildə Kütləvi Informasiya Vasitələrinin İnkişafina Dövlət Dəstəyi Şurasının keçirdiyi müsabiqədə 1-ci yerə layiq görülüb. 2009-cu ildə Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının «İlin ən məhsuldar jurnalisti» mükafatını alıb, Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkil etdiyi müsabiqədə «2008-2009-cu illərdə tədris uğurlarına, aktiv ictimai fəaliyyətinə və vətəndaşlıq mövqeyinə» görə fəxri fərmanla təltif olunub. Bundan başqa onlarla diplom və fəxri fərmana layiq görülüb.
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![Sabah Bakıda şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ](https://lent.az/storage/news/2024/july/27/big/66a4adb3a06af66a4adb3a06b0172206840366a4adb3a06aa66a4adb3a06ad.jpg)
Sabah Bakıda şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ
27 iyul 2024 , 12:18![Zaqatalada çaydan sel keçib](https://lent.az/storage/news/2024/july/27/big/66a49d5698a4a66a49d5698a4c172206421466a49d5698a4566a49d5698a48.webp)
Zaqatalada çaydan sel keçib
27 iyul 2024 , 11:08![Rayonlarda şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA](https://lent.az/storage/news/2024/july/27/big/66a48a7f63f2466a48a7f63f26172205939166a48a7f63f1c66a48a7f63f21.webp)
Rayonlarda şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
27 iyul 2024 , 09:48![Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?](https://lent.az/storage/news/2024/july/26/big/66a3b5d04bd3a66a3b5d04bd3b172200494466a3b5d04bd3466a3b5d04bd37.webp)
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
27 iyul 2024 , 09:09![İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ](https://lent.az/storage/news/2024/july/26/big/66a3f4e3e077f66a3f4e3e07811722021091438c7f8e8d8a92f4098ce5f41d79d5bf.jpg)
İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ
26 iyul 2024 , 23:12![Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR](https://lent.az/storage/news/2024/july/26/big/66a364d41c69166a364d41c692172198421266a364d41c68b66a364d41c68e.png)
Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR
26 iyul 2024 , 18:28Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
26 iyul 2024 , 18:24![Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA](https://lent.az/storage/news/2024/july/26/big/66a393a31248166a393a312482172199619566a393a31247e66a393a31247f.jpg)