"ASAN Xidmət" sədrinin birinci müavini işdən azad edildi
01 iyul 2015 13:13 (UTC +04:00)

"ASAN Xidmət" sədrinin birinci müavini işdən azad edildi

0

 

Rəşad Abbasov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN Xidmət") sədrinin birinci müavini vəzifəsindən azad edilib.

 

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev iyunun 9-da bu barədə sərəncam imzalayıb.

 

Qeyd edək ki, R. Abbasov 7 sentyabr 2012-ci ildə "ASAN Xidmət" sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 461

Oxşar yazılar