Zəif və peşəkar müəllim kriteriyaları açıqlandı
27 iyul 2013 14:25 (UTC +04:00)

 Zəif və peşəkar müəllim kriteriyaları açıqlandı

 

 

Təhsil Nazirliyi zəif və peşəkar müəllim kriteriyalarını açıqlayıb.

 

 

Lent.az-ın verdiyi məlumata görə, Təhsil Nazirliyi tələbatı ödəməyən müəllimlərin hələ də məktəblərdə qalıb işləməsini ciddi problem kimi qiymətləndirir.

 

 

Təhsil Nazirliyi bildirib ki, bəzi məktəblərin rəhbərləri tərəfindən belə müəllimlərə qarşı loyal münasibət bəslənməsi və tələbkarlıq göstərilməməsi faktları da yox deyildir: “Əlbəttə, məlum məsələdir ki, məktəblərdəki müəllimlərin hamısı peşəkarlıq baxımından eyni səviyyədə ola bilməz. Lakin “zəif” adlandırılan müəllimi də birdən-birə kənarlaşdırmaq düzgün deyil. Məktəblərdə onlarla ardıcıl iş aparılmalı, ixtisasartırma kurslarına, öyrədici təlimlərə cəlb edilməli, özünütəhsili təşkil olunmalıdır. Hesab edirik ki, problemin həllində ictimaiyyət, valideyn komitələri, valideyn-müəllim assosiasiyaları da yaxından iştirak etməlidir. Belə müəllimlər haqqında, bir qayda olaraq, attestasiyanın nəticələri nəzərə alınmaqla tədbir görmək olar”.

 

Təhsil Nazirliyi bəyan edib ki, uzun illərin təcrübəsi, pedaqoji müşahidələr və araşdırmalar göstərir ki, müəllim tələb olunan səviyyədə elmi-nəzəri biliyə malik olmaqla yanaşı, onun uşaqlarla ünsiyyət qurmaq, əməkdaşlıq etmək bacarığı, metodikası yoxdursa, onların rəğbətini qazana bilmirsə, dərs dediyi sinifdə normal təlim şəraiti olmayacaq: “Elmi-nəzəri hazırlığı ilə həmin bacarıqları üzvi şəkildə birləşdirə bilən müəllim peşəkar müəllim adlanır. Peşəkar müəllim ən “çətin” uşağı belə, müəyyən edilmiş nizam-intizam çərçivəsində saxlaya bilir”. 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1386
avatar

Oxşar yazılar