«Traktorspor»un redaktoru tutulub
27 aprel 2013 06:29 (UTC +04:00)

«Traktorspor»un redaktoru tutulub

Aprelin 25-də təbrizli jurnalist və «Tractorspor» saytının redaktoru Heyran Heydərinin (Mehdi) mülki geyimli məmurlar tərəfindən evindən aparıb.


Lent.az-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən məlumatına görə, məmurlar ailəli və azyaşlı bir uşağın atasının evini axtarış edib, kompüteri və bəzi digər əşyalarını aparıblar. Onun saxlanıldığı yerlə bağlı məlumat yoxdur.

Heyran Heydəri internet səhifələrində yaydığı məqalələrində məsullar, o cümlədən «Traktorsazi» futbol klubunun prezidenti Məhəmməd Hüseyn Cəfərinin klubla bağlı siyasətini sərt şəkildə tənqid edib.

Son zamanlar İran hökuməti «Tıraxtur» ilə bağlı saytlar, bloqlar və facebook səhifələri yaradan tərəfdarlara təzyiqlər tətbiq etməyə başlayıb.

 

“Fevralın 26-da «Tractorsazi» - «Əl-Cəzirə» oyunu üzərində ingilis dilində “Güney Azərbaycan İran deyil!” yazılmış böyük plakatın Təbriz stadionunda nümayiş etdirilməsindən sonra azərbaycanlı futbol azarkeşlərinə qarşı tətbiq olunan basqılar kəskin şəkildə artıb” - deyə, Azərbaycan veb səhifələri yazıb.

 
Saytlar həmçinin «Tıraxtur»un son zamanlar məğlubiyyətinin klubun “irançı” məsulları tərəfindən qəsdən edildiyini vurğulayıb.

 
“Trakrtorsazi”yə ən böyük zərbəni pantürkistlər vurur. Onlar “Güney Azərbaycan İran deyil!” plakatı nümayiş etdirib və separatist şüarlar səsləndirməklə kluba qarşı ehtirasları qızışdırırlar” - deyə, milli fəallara qarşı olan bəzi veb səhifələri fikir irəli sürürlər.

 

Xatırladaq ki, aprelin 24-də Birləşmiş Ərəb Əmirliklərində Təbrizin “Traxtur” futbol klubu ilə “Əlcəzirə” komandası ilə qarşılaşıb.

Asiya çempionlar liqası oyunlarının 5-ci həftəsində keçirilən müsabiqə, futbolla yanaşı milli-mədəni şüarlar və tələblərlə də gündəmə gəldi.

 “Traxtur” - “Əlcəzirə” müsabiqəsi (2 – 0) hesabı ilə “Əlcəzirə”nin xeyirinə yekunlaşıb. Qeyd edək ki, bundan öncə fevralda Təbrizdə keçirilən oyunda “Traxtur” klubu “Əlcəzrə”ni (3 – 1)  məğlub etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 648
avatar

Oxşar yazılar