Gəncənin Bayraq meydanında Dövlət Bayrağı Günü qeyd olunub
09 noyabr 2013 12:58 (UTC +04:00)

Gəncənin Bayraq meydanında Dövlət Bayrağı Günü qeyd olunub

Gəncədə 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. APA TV-nin Qərb bürosunun məlumatına görə, tədbir Gəncə çayının sag sahilində yerləşən Bayraq meydanında keçirilib. İlk olaraq, şəhərdə orta təhsil müəssisələrinin şagirdləri hərbi keçid ediblər. Məktəblilər əllərində bayraq müxtəlif geyim formalarında Bayraq meydanı ətrafında yürüş ediblər. Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev bildirb ki, Dövlət Bayrağı Günü ölkəmizin hər yerində olduğu kimi Gəncədə də yüksək səviyyədə qeyd olunur. O, əlavə edib ki, hər bir kəs ölkənin bayrağını sevməli və əziz tutmalıdır.


Tədbirdə Bayraq meydanı barədə də məlumat verilib. Bildirilib ki, 2011-ci ildə inşa ediən meydanda 105 metr hündürlükdən Azərbaycan bayrağı dalğalanır. Həmçinin Gəncədə bir neçə yerdə bayraq meydanlarının olduğu da qeyd edilib.

Tədbirdə incəsənət ustalarının ifasnda vətənpərvərlik mövzusunda musiqilər səsləndirilib, rəqslər ifa olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1366
avatar

Oxşar yazılar