«Аzərişıq» Şəkidə yeni ofis binasını istifadəyə verib
29 mart 2016 12:50 (UTC +04:00)

«Аzərişıq» Şəkidə yeni ofis binasını istifadəyə verib

 

«Аzərişıq»ın «Şimai Qərb» Regional Enerji Təchizatı və Satışı İdarəsi üzrə yeni inzibati binası Şəki  rayonunda  tikilib və abonentlərin istifadəsinə verilib.   

 

Qurumdan Lent.az-a verilən məlumata görə, ofis binasında elektrik şəbəkənin əməkdaşları üçün hər cür iş şəraiti yaradılıb. Səmərəli fəaliyyət üçün bütün texniki şəraiti olan tikilinin iş otaqları energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter texnikası və internetlə təmin edilib. Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq burada abonentlərin ərizə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün məxsusi otaqlar yaradılıb və ən uyğun şəkildə bölüşdürülüb.

 

Fəaliyyət otaqlarından başqa burada işçilərə asudə vaxtlarını keçirmək üçün yemək və istirahət otaqları da yaradılıb və lazımi vəsaitlərlə təchiz edilib. Yeni ofisdə səmərəli fəaliyyət üçün bütün şərait qurulub və mal-material, avtomobillərlə təchiz edilib. İnzibati binanın ətrafında abadlıq işləri də aparılıb. Yaşıllıq zolağı salınaraq dekorativ ağaclar əkilib. Hazırda “Azərişıq” tərəfindən aparılan tikinti-quruculuq işləri intensiv şəkildə davam etdirilir. Cari ilin sonuna kimi daha 20  rayonda yeni inzibati binalar inşa olunacaq.

 

2015-ci  ildə espublikanın 18 rayonunda - Cəlilabad, Ağsu, Ucar, Siyəzən, Sabirabad və digər rayonlarda,cari ilin əvvəlində isə  Göyçay və Biləsuvar rayonları,Yevlax şəhəri və Nardaran qəsəbəsində yeni inzibati binalar tikilərək əməkdaşlar və həmin rayonlardan olan abonentlərin istifadəsinə verilib.

 

 “Azərişıq” ASC yaranan gündən  reablitasiya planına əsasən, Şəki  Elektrik Şəbəkəsində istehlakçiların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı üçün 110-35-10(6)-0,4 kV-luq şəbəkələrin yenidən qurulması,əsaslı və cari təmiri məqsədi ilə xeyli işlər görülüb.  16.7 km 35 kV-luq EVX-ləri yenidən qurulub, 155 ədəd 35 kV-luq dayaq basdırılıb. 12.5 km 10 kV-luq EVX-ləri yenidən qurulmuş, 350 ədəd 10 kV-luq dayaq basdırılıb. 13.4 km ÖİN xətti çəkilib. 766 ədəd 0.4 kV-luq dayaq  basdırılıb, 1520  ədəd sayğac quraşdırılıb. 26 ədəd müasir tipli müxtəlif güclərdə KTM quraşdırılmış və Şəbəkəyə qoşulub. 35/10 kV-luq 4 MVA gücündə “Aşağı Göynük” YS-sı yenidən qurulub. 110 kV-luq 1-2-ci Zaqatala hava xəttindən budaqlanma ilə yeni 110 kV-luq hava xətti çəkilərək, 1 ədəd üç dolaqlı 110/35/10 kV-luq 5.6 MVA gücündə  transformator quraşdırılıb, hal-hazırda  110/35/10 kV-luq “Göynük” YS adı şəbəkəyə qoşulub.

 

İlk günlərdən başlayaraq yararsız, istismar müddəti başa çatmış komplekt transformator məntəqələrinin yenilənərək müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesi öz məntiqi nəticələrini verməkdədir. Aparılan yenidənqurma işləri rayonların elektrik enerjisi təchizatı sahəsində əsaslı dönüş yaradıb. Fiziki və mənəvi cəhətdən öz  istismar müddətini başa vurmuş transformatorlar yeniləri ilə əvəz edilib. Enerji itkisinə səbəb olan elektrik naqilləri dəyişdirilərək kabellərlə əvəz olunur. Çürümüş, yararsız vəziyyətdə olan ağac dirəklər dəmir-beton dirəklərlə əvəz olunur. Rayonların mərkəzində, kənd və qəsəbələrində enerji təchizatı günbəgün yaxşılaşır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 307
avatar

Oxşar yazılar