«Amerikanın səsi» türk dilində də yayımlanmağa başlamalıdır»
28 aprel 2013 02:38 (UTC +04:00)

«Amerikanın səsi» türk dilində də yayımlanmağa başlamalıdır»

 

Rohrabaker : «Amerikanın səsi» türk dilində də yayımlamağa başlamalıdır»

ABŞ konqresmeni Dana Rohrabaker «Amerikanın Səsi»nə İranda etnik azərbaycanlılar üçün Azərbaycan türkcəsində proqramlar yayımlamağa başlamalı olduğunu deyib.

 «Amerikanın Səsi»nin Azərbaycan xidmətinə müsahibə verən konqresmen Azərbaycan türkcəsində proqramlarla bağlı qanun layihəsini Konqresə təqdim etdiyini bildirib.
 

Kaliforniya ştatını təmsil edən konqresmen Daha Rohrabaker deyib ki, İranda etnik azlıqlar, o cümlədən Azərbaycan türklərinin azadlıqlar və öz mədəni hüquqları uğrunda mübarizəsinə dəstək məqsədilə ABŞ hökuməti hazırda maarifləndirmə sahəsində səylərini gücləndirməlidir.

«Biz indi maarifləndirmə istiqamətində səyləri artırmalıyıq və bu işlərdən biri «Amerikanın Səsi»nin İran xalqı, azından İranda sayı çox olan insanlar üçün türk dilində proqramlar yayımlamağa başlamasından ibarətdir. Bu, onların dilidir. Mən «Amerikanın Səsi»nin İranda türk dilində proqramlarını yayımlamağa başlaması üçün qanun layihəsi təqdim edib, bu haqda müraciət göndərmişəm” - deyə, konqresmen Dana Rohrahbaker bildirib.   
 
Keçən il ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya üzrə alt komitəsində  "İranın Cənubi Qafqaz və Ətraf Regionda Təsiri" dinləmələr zamanı çıxış edən konqresmen Rohrabaker İran İslam Respublikasını «qanqster rejimi»” adlandıraraq, onun Azərbaycan türklərinin hüquqlarını kobud şəkildə pozduğunu bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 439
avatar

Oxşar yazılar