“Yeni Üfüq” cəbhədə əsgərləri ziyarət edib
15 mart 2016 16:26 (UTC +04:00)

“Yeni Üfüq” cəbhədə əsgərləri ziyarət edib

0

 

Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Novruz bayramı münasibətilə Tərtərin cəbhə xəttində yerləşən N saylı hərbi hissəsində xidmət edən əsgərləri ziyarət edib. 

 

Birlikdən Lent.az-a verilən məlumata görə, ziyarət zamanı çıxış edən birliyin sədri Sevinc Əzimbəyli bildirib ki, vətənin keşiyində duran bütün əsgərlərlə qürur duyur: “Düşmənləri hər an qorxuda saxlayan sizlər bizim üçün fəxarət yerisiniz”.

 

Qarabağ Seyid  Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli qəhrəman əsgərlərinə öz xeyir-duasını verərək səmimi təbriklərini çatdırıb. O, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna ayırdığı xüsusi diqqətin hər bir ölkə vətəndaşı tərəfindən təqdir olunduğunu bildirib. 

 

Ziyarət zamanı hərbi xidmətdə xüsusi fərqlənən əsgərlərə “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi adından hədiyyələr təqdim edilib. Bundan əlavə əsgərlərə birliyin bayram sovqatı paylanılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 295

Oxşar yazılar