“Qalmaqalların yaranmasında maraqlı deyilik”
16 sentyabr 2013 13:32 (UTC +04:00)

“Qalmaqalların yaranmasında maraqlı deyilik”

“Təhsil sisteminin bu və ya digər məsələləri cəmiyyətdə reytinqlərin qaldırılması üçün istifadə olunur”. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, Nazirlik təhsil sistemi ilə bağlı qalmaqalların yaranmasında maraqlı deyil. Təhsil sistemində keyfiyyətli işlərin marağında olduqlarını deyən M. Cabbarov qeyd edib ki, bu istiqamətdə işlər aparacaq.

 


Təhsil naziri məktəblərdə təhsilin 5 günlük sistemə keçməsi ilə bağlı məsələyə də aydınlıq gətirib. O qeyd edib ki, bu gün bir çox təhsil müəssisələrində dərs həftəsi 5 günlükdür. Gələcəkdə maddi-texniki baza ilə bağlı məsələlər tədricən öz həllini tapdıqca bu praktika da genişlənəcək.

# 370

Oxşar yazılar