“Qırmızı kitab”ın ikinci nəşri hazırlanır
20 fevral 2013 11:27 (UTC +04:00)

“Qırmızı kitab”ın ikinci nəşri hazırlanır

Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Qırmızı kitab”ının ikinci nəşrinin ilkin variantının ictimai müzakirəsi keçirilib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə “Qırmızı kitab”ın ikinci nəşrinin hazırlanması məqsədilə yaradılan Redaksiya Heyəti və İşçi Qrupunun üzvləri, həmçinin elmi təşkilatların əməkdaşları, QHT və KİV nümayəndələri iştirak edib. 

 

Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov tədbiri giriş sözü ilə açaraq “Qırmızı kitab”ın ilk nəşrinin 1989-cu ildə çap olunduğunu, yeni nəşrin isə Azərbaycan Milli Elmlər Akademiyasının və universitet alimlərinin birgə iştirakı ilə hazırlandığını qeyd edib, çapdan çıxan yeni nəşrin sınaq variantının ictimai müzakirəyə çıxarıldığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

 

 

Nazir çıxışında “Qırmızı kitab”a daxil edilən bütün fauna və flora növlərinin orijinal şəkillərinin yenidən çəkilməsinin vacibliyini, təhlükədən sovuşan növlərin isə “Qırmızı kitab”dan çıxarılacağı təqdirdə onların müdafiəsinin hüquqi baxımdan zəifləyəcəyini və bu səbəbdən onların adının “Qırmızı kitab”dan çıxarılmamasını təklif edib.


Müzakirələrin sonunda mütəxəssislərin fikir və rəyləri nəzərə alınmaqla “Qırmızı kitab”ın qısa müddət ərzində hazırlanması üçün zəruri istiqamətlər müəyyən edilib.
 

Tədbirdə, həmçinin “2008-2012-ci illərdə ətraf mühitin mühafizəsi istiqamətində görülmüş işlərlə bağlı geniş hesabat və ətraf mühitin mühafizəsinə dair məlumat” sənədinin ictimai müzakirəsi keçirilib. Lakin hesabatın son variantının yenidən işlənərək daha da təkmilləşdirildikdən sonra müzakirəyə çıxarılması təklif olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1379

Oxşar yazılar