“Məhkəmə təbabəti”adlı yeni dərslik çap olunub
18 iyun 2013 14:19 (UTC +04:00)

“Məhkəmə təbabəti”adlı yeni dərslik çap olunub

Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) “Məhkəmə təbabəti” adlı yeni hüquq dərsliyi çap etdirib. Lent.az-ın məlumatına görə, dərslik AHK, AMEA-nın İnsan Hüquqları İnstitutu, “Sağlam Ailə” Tibb Mərkəzi və Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin birgə əməkdaşlığı ilə nəşr edilib.Kitabın müəllifi Azərbaycan Tibb Universitetinin “Məhkəmə təbabəti” kafedrasının professoru Vüqar Məmmədovdur.

Dərsliyin cildində incəsənətlə hüququn harmoniyasını yaratmaq məqsədi ilə “YARAT!” Müasir İncəsənət Məkanının rəssamı Fərid Rəsulovun natürmortu yer alıb. Kitab Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının qərarı ilə dərslik olaraq təsdiqlənib, tibb və hüquq sahəsində təhsil alan tələbələr üçün nəzərdə tutulub. 1000 tirajla çap olunan dərslik pulsuz yayılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1139
avatar

Oxşar yazılar