“Jurnalistlərin evindəki heç bir mənzilin mənə aidiyyəti yoxdur”
25 iyul 2013 17:43 (UTC +04:00)

“Jurnalistlərin evindəki heç bir mənzilin mənə aidiyyəti yoxdur”

“Jurnalistlərin evindəki nəinki 156-cı, ümumiyyətlə, heç bir mənzilin mənə aidiyyəti yoxdur. Bizim mənzilimiz var və başqasına da ehtiyac duymuruq”. Bu barədə «Kaspi» qəzetinə açıqlamasında qəzetin təsisçisi Sona Vəliyeva bildirib.

 

Xatırladaq ki, bəzi saytlar guya jurnalistlərin evində boş qalan mənzilin Sona xanıma məxsus olduğu barədə məlumat yayıblar. Onlar Mətbuat Şurasının «Kaspi» qəzetinin təsisçisi Sona Vəliyevanın adını məxfi saxladığını bildiriblər.

 

Sona xanım bütün bunların təxribat olduğunu vurğulayıb. O əlavə edib ki, jurnalistlərin binasındakı sözügedən mənzil ehtiyatda saxlanılıb və onun kimə verilməsini cənab Prezident müəyyən edəcək.

 

Sona xanım onun bu məsələlərdə adının hallanmasından təəssüfləndiyini bildirib və bu təxribatın jurnalistlərin peşə bayramı ərəfəsində görülmüş böyük işlərə kölgə salmaq niyyəti güddüyünü deyib. Yeni mənzil alan jurnalistləri təbrik edən S.Vəliyeva onlara yeni mənzillərində xoşbəxtlik və uğurlar arzulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 873
avatar

Oxşar yazılar