Mən telejurnalist İlhamə Kərimova beyin xərçəngindən əziyyət çəkirəm. Vəziyyətim son dərəcə ağırdır. Hər gələn gün mənim yaşamaq şansımı bir az da azaldır. Mən ümidlə günləri sayıram, əməliyyat olunub bu bəladan xilas olunacağım günləri.
Dostlar, oxucular, imkanlı insanlar, hər kəs!
Allah eşqinə, bu qədər laqeyd olmayın! Tanrının yetirdiyi ruzidən onun yaratdığı imkansız bir bəndəsinə də pay verin. Gənc bir qızın həyatını xilas edin. Bu, bir həyat sınağıdır. Həm də təkcə mənim üçün yox, hər birimiz üçün. Ümid edirəm göstərə biləcəyiniz köməklə tanrının sınağından üzüağ çıxacaqsız. Əməliyyat üçün 35-40 min AZN lazımdır. Bu, bütün ömrünü mətbuatda çalışmış bir adam, yəni mənim üçün çox böyük məbləğdir. Amma 100-200 nəfər birləşib tez bir vaxtda toplaya biləcəyi məbləğdir.
İnsanın əməlləri bumeranqdır. Nə qədər uzağa atsa da özünə qayıdacaq.
Hər doğan günəşi, üzümə toxunan hər mehi hiss etdikcə bunun sonuncu olmaması ümidi ilə özünüzə qayıdacaq savab bumeranqını atmağınızı arzu edirəm!
İlhamə Kərimova
İlhamə Kərimovanın əlaqə nömrələri və bank rekvizitləri:
050-323-73-83
055-422-50-53
Karimova Ilhama Camal q.
IBAN
AZ16ZAMI00001078CENAZMC00001
ZAMINBANK
Kod 508944
VOEN 1400009111
S.W.I.F.T BIKZAMIAZ22