Nazirlər Kabineti "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qərara əsasən, “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" ixtisası ləğv edilib.
Əvəzində isə İnformasiya texnologiyaları və Sistem mühəndisliyi ixtisasları yaradılıb.
Qərar imzalandığı gündən qüvvəyə minir.