Tanınmış aparıcı İlkin Həsəninin işdən çıxarılması ilə bağlı ATV-dən cavab gəlib. Kanalın məsul şəxslərindən birinin Lent.az-a verdiyi açıqlamada bildirilir ki, İlkinin işdən çıxarılması xəbəri yalandır. “Bu şayiəni mən də eşitmişəm. Amma İlkin işdən çıxmayıb, iş yerindədir. Qətiyyən belə bir şey yoxdur”, - deyə o bildirib.
Qeyd edək ki, İlkin Həsəni bu gün axşam saat 21:50-də ATV-də yayımlanan “Qrup № 1” yarışmasında aparıcılıq edəcək.