15 sentyabr Bilik günündə sevinc və fərəh hissi ilə övladını ilk dəfə orta məktəbə aparan valideynlər sırasında bəzi jurnalist həmkarlarımız da var. Lent.az onların bir neçəsini sizə təqdim edir .
APA TV-nin xəbər müdiri Gülşən Hacıyeva ilk oğul övladı Ərəni birinci sinfə yola saldı.
APA İnformasiya Agentliyinin əməkdaşı Ramil Məmmədli, APA. TV-nin operatoru Fuad Kərimov da eyni sevinci yaşayanlar sırasındadır.
"APA Holdinq"in yeni üzvü "Ailem.az"-ın redaktoru Xəyalə Muradlının oğlu Turqut, jurnalist Nicat Dağların oğlu Mirsamir də bu gün ilk dəfə məktəbə qədəm basıblar.
Yeni dərs ilində övladları ilə birgə həyəcan keçirənlər arasında “Qafqazinfo"nun jurnalist ailəsi Elnur və Nigar Məmmədlilər də var. Onların qızı Nuray da bu il məktəbli oldu. 106.3-ün aparıcısı Səma Abıyeva da övladının ilk zəng sevincini yaşayıb.
Bundan başqa millət vəkili Ceyhun Osmanlı, "Əli və Nino" kitab evinin rəhbəri Nigar Köçərli, “Park Bulvar”ın mətbuat xidmətinin rəhbəri Günay Malikqızı , jurnalist İxtiyar Hüseynli, fotojurnalist Vüqar İbadov da övladlarını birinci sinfə yola salıblar. Səadət və Vüsalə Məmmədovalar da bacısı oğlanları Ülvinin ilk zəng sevincini yaşayıblar.
Şair Cəlal Qurbanov, müğənni Elnarə Xəlilova da bu il məktəbli valideyni oldular.