Bunu APA-ya açıqlamasındaMilli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblibildirib.
H.Rəcəbli qeyd edib ki, bu layihənin növbəti sessiyalarda da yenidən gündəliyə salınması gözlənilmir: “Bu sessiya hazırlayıb qəbul edəcəyimizi nəzərdə tutsaq da, müəyyən çatışmazlıqlar üzündən bu qanun qaldı və bir müddət müzakirəyə çıxarılması gözlənilmir".
Qeyd edək ki, “Gənc ailələrin sosial müdafiəsi haqqında” qanun layihəsi ötən ildən hazırlanıb. Burada gənc ailələr üçün bir sıra güzəştlər, o cümlədən nikaha girənlərdən birinin ən azı icbari olaraq işlə təmin olunması və s. məsələlər nəzərdə tutulurdu.