“ETSN nərə balıqlarının artırılması ilə bağlı radikal addım atıb”
20 sentyabr 2013 14:50 (UTC +04:00)

“ETSN nərə balıqlarının artırılması ilə bağlı radikal addım atıb”

“Nərə balıqlarının artırılması ilə bağlı Ekologiya və Sərvətlər Nazirliyi vaxtı ilə ölkə rəhbərliyinin tapşırığı və Dünya Bankının dəstəyi ilə birgə radikal addım atıb”.
 

Lent.az-ın məlumatına görə, bunu Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Xəzər dənizində nərə balıqlarının artırılması məsələsinə münasibət bildirərkən deyib.

 

Nazirin sözlərinə görə,  Xıllı nərə balıqartırma zavodu hazırda da fəaliyyətini davam etdirir: “Digər ölkələrdəki balıqartırma zavodlarından fərqli olaraq, bu zavod çox müasir, dinamik işləyir. Nərə balığının 5 mindən artıq ana sürüsü dənizdən asılı olmayaraq, zavodun özündə yetişdirilir. İlk dəfə biz əməliyyat şəklində ana sürüsü balıqlarından kürünü alaraq, onların yenidən saxlanmasını təmin etmişik. Hazırda xırda balıqları yetişdirmə metoduna keçilib”.

 

H. Bağırov onu da vurğulayıb ki, Bakıda keçirilən Xəzər ölkələri prezidentlərinin sammitində qaldırılan Xəzər dənizində balıqartırma məsələsi Azərbaycan prezidenti tərəfindən dəstəklənib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 691

Oxşar yazılar