“Sabah Milli Məclisin Elm və Təhsil Komitəsində “Elm haqqında” qanun layihəsinin müzakirəsi aparılacaq”. Bunu Lent.az-a açıqlamasında parlamentin komitə sədri, professor Nizami Cəfərov bildirib. Millət vəkilinin sözlərinə görə, bu, adıçəkilən qanun layihəsinin ilk müzakirəsidir.
N. Cəfərov “Elm haqqında” qanun layihəsinin Mili Məclisin növbədənkənar sessiyasının iclasına çıxarılıb-çıxarılmayacağına da aydınlıq gətirib: “Buna inanmıram. Ancaq sabah hər şey bəlli olacaq”.