Nazirlər Kabinetinin “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edilib. Bu barədə Lent. az-a Nazirlər Kabinetindən məlumat verilib. Qərarı baş nazir Artur Rasizadə imzalayıb.
“Elektron xidmət növlərinin Siyahısı”na aşağıdakı məzmunda əlavə edilib:
Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu |
Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvi üçün müraciətin və sənədlərin qəbulu |
İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müraciətin və sənədlərin qəbulu |
İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin ləğvi üçün müraciətin və sənədlərin qəbulu |
Daşınmaz əmlakın ipotekasının əlavə qeydiyyatı və sonrakı ipotekanın dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu |
Daşınmaz əmlakın ipotekasının əlavə qeydiyyatı və sonrakı ipotekanın dövlət qeydiyyatının ləğvi üçün müraciətin və sənədlərin qəbulu |
Daşınmaz əmlakın lizinqinin dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu |
Daşınmaz əmlakın lizinqinin dövlət qeydiyyatının ləğvi üçün müraciətin və sənədlərin qəbulu |
Dövlət müəssisə və təşkilatlarının, habelə tam özəlləşdirilməmiş səhmdar cəmiyyətlərinin və nizamnamə fondunda dövlət payı olan hüquqi şəxslərin balansında olan limitdən və tələbatdan artıq minik avtomobillərinin və digər nəqliyyat vasitələrinin, o cümlədən normativ istismar müddəti bitmiş, tam aşınmış, silinməli olan nəqliyyat vasitələrinin və avadanlıqların hərraclar vasitəsilə satışına aid müraciət və sənədlərin qəbulu |