Yanvar ayının əvvəlindən bu günə qədər “donuz qripi” təhlükəsi ilə əlaqədar səhiyyə müəssisələrinə müraciət edən ümumilikdə 118 nəfərdən mazok analizi götürülüb.
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktoru Rakif Abdullayev məlumat verib.
R.Abdullayev onu da əlavə edib ki, onların hamısının nəticələri mənfi olub. Hələlik ölkə ərazisində A(H1N1) virusuna yoluxma ilə bağlı təhlükəli hal aşkarlanmayıb.