“Bu proqramda iştirak edəcəyimə görə çox həyəcanlıyam”
16 iyul 2015 18:19 (UTC +04:00)

“Bu proqramda iştirak edəcəyimə görə çox həyəcanlıyam”

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Bakı Slavyan Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə cari ilin yaz semestrində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu yerli və xarici universitetlərdə təhsil alan tələbələr üçün “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır,paylaş” adlı beynəlxalq yay məktəbi layihəsi keçirməyi planlaşdırır. Lent.az-ın məlumatına görə, iyulun 21-dən avqustun 1-dək keçirilməsi nəzərdə tutulan beynəlxalq yay məktəbində iştirakçılar Azərbaycanın tarixi, dili, etnoqrafiyası, mədəniyyəti  haqqında biliklərə yiyələnməklə yanaşı, Azərbaycanın regionlarına səfər edəcək,  müxtəlif etnik qrupların  adət-ənənələri ilə yerində tanış olacaq ki, bu da nəticədə tələbələrə Azərbaycan multikulturalizmi haqqında praktik biliklərini zənginləşdirmək imkanı yaradacaq. Proqramda iştirak edəcək tələbələr öz fikirlərini bölüşüblər.

 

Litva Vytautas Magnus Universitinin tələbəsi, Gediminas Laskauskas bildirdi ki, beynəlxalq yay məktəbindən ən əsas gözləntisi Azərbaycanın mədəniyyəti və ənənələri ilə tanışlıqdır. “ Başqa sözlə, mən bu yay məktəbinin Azərbaycanın milli mədəni xüsusiyyətlərini, tarixini öyrənmək, görmək və hiss etmək üçün doğru yer olduğuna inanıram. İkinci və çox mühüm məqsəd maraqlı, tolerant, dostsevər, müxtəlif mədəniyyətlərə sahib olan  insanlarla həmçinin ekspertlərlə, siyasətçilərlə və başqa sahələrin mütəxəssisləri ilə tanışlıqdır. Son olaraq, mən özüm də iki ölkə, Litva və Azərbaycan arasında ayrıca körpü qurmaq istərdim. Mənim bu ölkəyə və ümumiyyətlə Qafqaz regionuna ilk səfərimdir. Şəxsi təcrübəmdən  və beynəlxalq münasibətlər sahəsində olan tədqiqatlara əsaslanaraq deyə bilərəm ki, Azərbaycan müxtəlif forumlarda, mədəni və idman tədbirlərində fəal iştirak edərək öz beynəlxalq imicini artırır. Azərbaycan multikulturalizm ideyalarını təbliğ edir, Avropa Birliyinin Şərq Tərəfdaşlığı  proqramında iştirak edir. Buna görə də  mən səbirsizliklə Azərbaycana gəlməyimi gözləyirəm”.

 

 

İtaliya Neapol II Federiko universitetinin tələbəsi Karlo Kotaldo qeyd edib ki, mənim beynəlxalq yay məktəbindən gözləntilərim multikultural mühitlə , dünyanın fərqli ölkələrindən gələn insanlarla, fərqli fikirlərlə tanış olmaq, öz şəxsi bacarıqlarımı inkişaf etdirmək və gələcəkdə mənim karyerama faydalı ola biləcək əlaqələr yaratmaqdır. “Sözün düzü, Erasmus tələbə mübadiləsi proqramından əvvəl mənim Azərbaycan haqqında çox məlumatım yox idi, mən azərbaycanlıları tanıdıqca, bu ölkə ilə maraqlanmağa başladım. Onlar öz mədəniyyətləri haqqında danışanda, bu məni çox təsirləndirdi və qürurlandırdı. Mən öyrəndikcə bu ölkənin inkişaf etmiş və böyük potensiala malik olduğunu gördüm. Mən Azərbaycan milli mətbəxinin dadına baxmaq istəyirəm, Azərbaycanda olan mənzərələri, guşələri görmək  və  sadə azərbaycanlılarla söhbət etmək istəyirəm. Proqram çox yaxşı balanslaşdırılıb, dinamikanı çox sevdim.  Mühazirələr və səyahətlər arası cədvəl çox yaxşıdır. Proqram  bir çox sahəni əhatə edir, tarixdən incəsənətə, dindən idmana kimi hər şey öz əksini tapıb. Mən bu proqramda iştirak edəcəyimə görə çox həyəcanlıyam ”.

 

 

Azərbaycan Diplomatik Akademiyasının tələbəsi Tokay Əhmədov beynəlxalq yay məktəbindən daha perspektiv gələcək, daha doğrusu, gələcək karyera üçün yeni tanışlıq əldə etmə imkanlarını gözlədiyini söyləyib.

 

Gəncə Dövlət Universitetinin tələbəsi Raksana Bayramova bildirdi ki, gözləntilərim çoxdur. Ən əsası, yeni dostlar qazanmaq, yeni mədəniyyətlərlə tanış olmaq, eyni zamanda, ölkəmizi, mədəniyyətimizi xarici ölkə nümayəndələrinə tanıtmaq, Azərbaycan multikulturalizmini daha dərindən öyrənmək, təbliğ etmək, birlikdə gözəl və səmərəli vaxt keçirmək və s.  Düşünürəm ki, yay məktəbi biz gənclərə çox şey qazandıracaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 182
avatar

Oxşar yazılar