“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda teleradio şirkətlərində dil və nitq mədəniyyətinin qorunması üçün Bədi Şuraların yaradılması nəzərdə tutulur. Milli Televiziya və Radio Şurası sədrinin müavini Qafar Cəbiyev teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində sentyabr-oktyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə dair keçirilən mətbuat konfransında deyib ki, dövlət proqramı bütövlükdə 2013-2020-ci illəri əhatə etsə də Bədi Şuraların yaradılması 2013-cü ildə başa çatdırılmalıdır: “Azərbaycanda teleradio yayımçılarının dövlət dilindən istifadəsində dinamika müsbətə doğru dəyişməkdədir Amma bu heç də o demək deyil ki, bu sahədə ümumiyyətlə problem yoxdur. Bəli, problemlər var, özü də onların sayı kifayət qədər çoxdur”.
“Bədii Şuraların yaradılması ilin sonunda başa çatmalıdır”
617