“BakuBus”un daha 6 marşrut xətti açılacaq
09 mart 2016 16:23 (UTC +04:00)

“BakuBus”un daha 6 marşrut xətti açılacaq

Sərnişin və sürücü mübahisələrinin azalmasına kömək edən, sərnişinlərin rahatlığını təmin edən “BakuBus” avtobusları üçün nəzərdə tutulmuş 14 xətdən 6-sı hələ də açılmayıb.

 

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, hazırda 8 xətt üzrə avtobuslar işləyir: “ Biz 14 marşrut xəttinin açılmasını nəzərdə tutmuşduq. Ancaq hazırda işləyən marşrut xətlərinin sayı 8-dir. Onlardan 7-si sərnişinlərə xidmət edir, 1-i isə Hava Limanı-28 May metrostansiyası və əks istiqamət üzrə işləyən "EKSPRESS XƏTT"dir.

 

N.Allahyarova deyib ki, “BakuBus”un qarajında ümumilikdə 302 avtobus var: “ Onlardan 170-i sərnişinlərin istifadəsindədir. Yerdə qalan avtobuslar üçün yeni marşrut xətlərinin açılması gözlənilir”.

 

N. Allahyarova əlavə edib ki, 6 marşrut xəttinin açılması 2016-cı ilin sonuna kimi planlaşdırılır.

 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Rauf Mirqulamov Lent.az-a bildirib ki, hazırda bütün marşrut xətlərinin optimallaşdırılması həyata keçirilir : “Optimallaşdırma tam yekunlaşdıqdan sonra bütün bu nəzərdə tutulan işlər mərhələli şəkildə həyata keçiriləcək”

 

Bütün sərnişin avtobuslarında vahid kart sisteminə keçidə münasibət bildirən R. Mirqulamov qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi işinin icrasına başladıqdan sonra ilk iş olaraq bunun gerçəkləşdirilməsi nəzərdə tutulur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 353
avatar

Fərizə Əhmədova

Oxşar yazılar