“Baku Bus” MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub. Lent.az-ın məlumatına görə, bu vəzifəyə Mansur Piriyev təyin olunub.
M. Piriyev yeni təyinatla bağlı məlumatı təsdiq edib: "Bu gün insanların maarifləndirməyə ehtiyac duyduğu sahələrdən biri də ictimai nəqliyyat, ondan düzgün istifadə və davranış qaydalarıdır. Ona görə də əldə etdiyim təcrübəni bu istiqamətdə həyata keçirmək qərarına gəldim”.
Xatırladaq ki, M. Piriyev bundan əvvəl Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətinin Təbliğat və təşkilat sektorunun müdiri vəzifəsində çalışıb.