Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə “Azərkosmos” ASC tərəfindən qanvermə aksiyası təşkil olunub.
“Azərkosmos” ASC-dən lent.az-a verilən məlumata görə, aksiya hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə köməklik məqsədilə Mərkəzi Qan Bankının təşkilatçılığı ilə həyata keçirilib.