“Azəriqaz” Novruz bayramına görə gücləndirilmiş rejimə keçir
17 mart 2016 17:24 (UTC +04:00)

“Azəriqaz” Novruz bayramına görə gücləndirilmiş rejimə keçir

 

SOCAR-in “Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı ilə əlaqədar mart ayının 19-dan 28-dək gücləndirilmiş iş rejimində işləyəcək. 

 

 

SOCAR-ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq, qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “qaynar xətt”lərin fəaliyyəti gücləndiriləcək, eyni zamanda Birliyin Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz istismar sahəsində, Regional Qaz İstismar İdarələrində və digər xidmət sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq. 

“Azəriqaz” İB bütün istehlakçılardan bayram günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmağı, təhlükəsizlik qaydalarına ciddi riayət etməyi xahiş edir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 225
avatar

Oxşar yazılar