Bu gün “Azərbaycan Uşaq fondu” Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan tədbir keçirib. Lent.az-ın məlumatına görə, tədbirdə fondun sədri İsmayıl İbrahimov , Adilə Namazova, Abşeron rayon “Uşaq fondu”nun sədri Nadir Ağayev və başqaları çıxış edib.
Fondun həmsədri A. Namazova fondun 25 illik fəaliyyəti barəsində danışıb: “Fondun əsas iş prinsipi uşaqları tərbiyə, təhsil, sağlamlığının möhkəmləndirilməsinə, hüquqlarının müdafiəsinə, onlara maddi və mənəvi köməklik etməkdi. Fond “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial-müdafiəsi haqqında” qanun işlənib. 25 il ərzində 526 uşaq problemləri ilə məşğul olan müəssisə, 322585 uşağa 19 milyon 700 min rubl, 5 milyard 326 milyon 815 min manat məbləğində xeyriyyə işləri görüb. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası yaradılıb. Hazırda 2 SOS Uşaq Kəndi, 3 Gənclər Evi, 3 Ailələrə Dəstək Proqramı, 1 Qısamüddətli Sığınacaq Evi, 2 Sosial Mərkəz xidmət göstərir. Uşaq səhiyyəsində islahatlar aparılıb, bölgələr və ucqar rayonlarda yeni tibb ocaqları, xəstəxanalar, poliklinikalar tikilib”.