“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçib
24 iyun 2015 15:15 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçib

 

Bu addım havaların isti keçməsi ilə əlaqədar atılıb

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivləri yay mövsümü ilə bağlı əlaqədar gücləndirilmiş iş rejiminə keçiblər.

 

QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya bildirib ki, sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır.

 

İnfrastruktur Departamentinin kollektivi tərəfindən dəmir yolunun üst quruluşu elementlərinə - yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə gün ərzində bir neçə dəfə baxış keçirilir, istidən öz-özünə alovlanma baş verməsin deyə, yollar otlardan təmizlənir. Sərnişin daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının soyuducu sistemi bir daha yoxlanılır, beynəlxalq və “Ekspres” tipli qatarlarda yolboyu sərnişinlərə sərinləşdirici içkilər təklif olunur. Eyni zamanda vağzallardakı gözləmə zallarında kondisionerlərin normal işləməsi diqqətdə saxlanılır.

# 228
avatar

Oxşar yazılar