“ASAN xidmət” Avropa oyunları zamanı xüsusi rejimdə işləyəcək
10 iyun 2015 18:33 (UTC +04:00)

“ASAN xidmət” Avropa oyunları zamanı xüsusi rejimdə işləyəcək

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Bakı şəhərində yerləşən “ASAN xidmət” mərkəzləri I Avropa Oyunlarının keçiriləcəyi müddətdə öz fəaliyyətini xüsusi iş rejimində davam etdirəcək.

 

Qurumdan Lent.az-a verilən məlumata görə,  vətəndaşlar 12-28 iyun tarixlərində saat 09:00-dan 15:00-dək nahar fasiləsi olmadan “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

 

Qeyd edək ki, iş qrafikinə dəyişiklik etməkdə məqsəd I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamasaçıların ictimai nəqliyyat sisteminin (metro və avtobus) mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaqdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 126
avatar

Oxşar yazılar