“TURAZ Şahini – 2016” hərbi təlimlərinə <span style="color:red;">START VERİLİB
07 mart 2016 10:43 (UTC +04:00)

“TURAZ Şahini – 2016” hərbi təlimlərinə START VERİLİB

 

 

Azərbaycan və Türkiyə hərbi hava qüvvələrinin birgə təlimləri başlayıb.  

 

APA-nın məlumatına görə, təlimlər Azərbaycan və Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən həyata keçirilir. Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərə qatılan şəxsi heyəti artıq Türkiyədədir. İki ölkənin hərbi hava qüvvələrinin iştirakı ilə keçiriləcək təlimlər martın 25-dək davam edəcək.

 

Artıq ikinci dəfədir Türkiyədə keçiriləcək müştərək təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd “MiQ-29” qırıcı, 3 ədəd “Su-25” hücum və “İl-76” hərbi-nəqliyyat təyyarələri iştirak edəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 258
avatar

Oxşar yazılar