“Gələcək Naminə” Ucarda bilik yarışı keçirib
23 noyabr 2015 16:34 (UTC +04:00)

“Gələcək Naminə” Ucarda bilik yarışı keçirib

“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Prezident yanında Gənclər Fondunun dəstəyilə həyata keçirdiyi “Qalib sənsən" layihəsinin icrasını Ucar rayonunda davam etdirib.

Lent.az-ın verdiyi məlumata görə, layihə çərçivəsində məktəblilərin iştirakı ilə Ucar rayonunun Gənclər Mərkəzində bilik yarışı keçirilib.

Tədbirlərdə Ucar rayon İcra Hakimiyyəti başçısının müavini Şəhla Abdullayeva, rayon Gənclər və İdman idarəsinin rəisi Əhliman İbrahimov, təhsil şöbəsinin metodistləri, orta məktəb müəllimləri və valideynlər iştirak ediblər. İntellektual bilik yarışında Ucar rayon 1 saylı orta məktəbin “Zəfər”, 2 saylı orta məktəbin “Ulduz”, 4 saylı orta məktəbin ”Uran”, 6 saylı orta məktəbin “Best of best” və Lək kənd orta məktəbinin “Tornado” komandaları yarışıblar. Yarış zamanı komandaların ayrı-ayrı fənn bilikləri və məntiqi bacarıqları sınağa çəkilib. Təşkil olunan bilik yarışmalarında qalib Ucar şəhər 4 saylı orta məktəbin “Uran” komandası olub.

 

Qalib komandalar Birlik tərəfindən mükafatlandırılıb.

 

Tədbirdən sonra Ş. Abdullayeva məktəblilər arasında bu kimi bilik yarışlarının keçirilməsinin əhəmiyyətini qeyd edib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255
avatar

Oxşar yazılar