9 mart 2016-cı il tarixində "Boulevard Hotel Baku"-da "İntegral" Qapalı Səhmdar Cəmiyyəti və "Lenovo" şirkəti arasında, Azərbaycanda strateji əməkdaşlığın başlanmasına və texnikası dünyanın 160-dan çox ölkəsində satılan məşhur "Lenovo" istehsalı yeni smartfonların təqdimetmə mərasimi keçirildi. Artıq Azərbaycanda Android platformalı "Lenovo" smartfonlarının imkanlarından maksimum yararlanmaq, cəlbedici, gözəl dizayna və xüsusi funksiyalara malik smartfonlara sahib olmaq istəyənlər üçün əla təkliflər mövcuddur.
Qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycanda iqtisadi islahatlar məqsədyönlü şəkildə davam etdirilir. Bunun nəticəsində ölkəmiz iqtisadi inkişafa doğru irəliləyir və son illərdə iqtisadi inkişafın artım tempinə görə dünyada liderlərdən birinə çevrilib. "Lenovo" brendinin Azərbaycan bazarına olan marağı bunun parlaq nümunəsidir. "Lenovo" brendi bütün dünyada "Yüksək keyfiyyət - cəlbedici qiymət" siyasəti ilə tanınmışdır və onun istehsal etdiyi smartfonlar, daim təkmilləşdirilərək yüksək tələblərə cavab verir. Təntənəli təqdimat mərasimində, tədbirin bütün qonaqları üçün "Lenovo" smartfonlarından xüsusi masalarda istifadə imkanı yaradılmışdır.
Çin Respublikasının ən böyük istehsalçılarından olan "Lenovo"-nın smartfonları, yeni nəsil istifadəçilərin ən yüksək tələblərinə cavab verir: 3G və 4G dəstəyi, işıqlı kamera, böyük yaddaş həcmi tələbi olan oyunlar üçün yüksək məhsuldar prosessor, ofis proqramları, böyük ekran ölçüsü və s. Xüsusi təlimləndirilmiş məsləhətçilər, tədbir iştirakçılarına müxtəlif çoxfunksiyalı smartfonlar haqqında məlumat vermiş və arzu edənlər bu cihazlardan yerində istifadə etmişlər.
Mərasimdə "Lenovo" şirkətinin aşağıdakı məhsulları təqdim olunub: А 2010 DS; A 6000 DS; A 1000 DS; A 6010 PLUS DS; A 7000 DS; P1 MINI DS; P 70 DS; Z 90 VIBE SHOT; TAB 2 A7-30 3G. Tədbirdə "Lenovo" şirkətinin nümayəndələrinin də təqdimatları nümayiş olunmuş, "Lenovo East" şirkətinin İcraçı direktoru Aleksey Kloçkov və "Lenovo Central Asia" şirkətinin satış şöbəsinin rəhbəri Aleksandr Lissevtsev, şirkət və onun məhsulları haqqında iştirakçılara və mətbuat nümayəndələrinə geniş məlumat vermişlər.
Ümumilikdə "Lenovo" brendinin əsas auditoriyasını gənclər təmsil edirdilər. Təqdimat mərasimi də "Lenovo" smartfonları kimi çox parlaq və yaddaqalan oldu. Tədbirdə məşhur musiqiçilər və rəqs qrupları çıxış etdilər. Azərbaycan estradasının ulduzu, Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva, təntənəli təqdimat mərasiminin qonaqlarını öz çıxışları ilə sevindirdi. Gecənin əsas sürprizi isə, "Lenovo" brendinin bir neçə smartfon-flaqmanlarının uduşu oldu. Tədbir iştirakçılarından bir neçəsi, maraqlı və yaradıcı müsabiqələrin nəticələrinə görə bu möhtəşəm hədiyyələrə sahib oldular.
Təqdimat mərasimində mətbuat nümayəndələri, "İntegral" şirkətinin tərəfdaşları və dilerləri də iştirak etmişlər.
"İntegral" şirkəti cari ilin yanvar ayından etibarən Azərbaycanda "Lenovo" smartfonlarının rəsmi distributoru və telekommunikasiya sahəsində əsas tərəfdaşıdır. Artıq 20 ilə yaxındır ki, "İntegral" şirkəti Azərbaycanın mobil cihazlar bazarında fəaliyyət göstərir. Bu gün şirkət Azərbaycanın telekommunikasiya məkanında geniş diler şəbəkəsinə malikdir. Şirkətin fəaliyyəti Bakı, Gəncə, Sumqayıt, Naxçıvan MR və ölkənin daha 50 regionunu əhatə edir. Təntənəli gecədə qonaqları "İntegral" şirkətinin Baş direktoru Oqtay Qurbanov salamlamışdır.
Qeyd edək ki, "Lenovo" smartfonları artıq Azərbaycanın mağazalarında satışa çıxarılıb.