Daim gənclərin inkişafında, onların möhkəm karyera təməlinin formalaşmasında fəal iştirak edən DəmirBank ənənəsinə sadiq qalaraq “Young Business Factory”-də tələbələr üçün “Öz karyeranın CEO-na çevril” adlı təqdimat təşkil etmişdir.
Bankın İnsan Resursları Departamentinin əməkdaşları tərəfindən həm bakalavr, həm də magistr tələbələri üçün keçirilən təqdimatda gənclərimizin karyera inkişafı, düzgün istiqamətləndirmə, “DəmirBank” əməkdaşlarının inkişafı və uğur hekayələrini təsvir edən mövzulara toxunulmuşdur.
Qeyd edək ki, istedadlı gənclərin karyera qurmasına, ilk iş yerini tapmasına yardımçı olmaq məqsədi ilə “DəmirBank” mütəmadi olaraq universitetlərdə, karyera mərkəzlərində və gənclər təşkilatlarında müxtəlif tədbirlər həyata keçirir.
Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi : (012) 149
http://www.demirbank.az