Qarabağ qazisi Fəxrəddin Rəhimov ağır vəziyyətdə...
07 avqust 2015 18:50 (UTC +04:00)

Qarabağ qazisi Fəxrəddin Rəhimov ağır vəziyyətdə...

0

Ağır vəziyyətdə olan 1 ci qrup Qarabağ qazisi Fəxrəddin Rəhimov bu gün əməliyyat olunub.

Lent.az-ın xəbərinə görə, bu barədə QAZİLER.AZ saytına F.Rəhimoğun ailəsindən məlumat verilib. Həkimlərin və ailə üzvlərinin bildirdiyinə görə, F.Rəhimovun dərisinin çürüməsi nəticəsində deşilib çıxan yan çanaq sümüyü kəsilərək götürülüb. Əməliyyat uğurla həyata keçirilib. 
Hazırda xəstənin vəziyyəti ağır-stabil olaraq alır. 


Xatırladaq ki, bir neçə gün əvvəl F.Rəhimov ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Onun yaşaması üçün ümid az olsa da, həkimləri səyi sayəsində kirtik vəziyyətdən çıxarılıb. O, 10-15 gün müalicə edilərək növbəti əməliyatı hazırlanacaq.


Hadisədən xəbər tutan Millət Vəkili Qənirə Paşayeva dünən səhər xəstəxanaya gələrək xəstəyə baş çəkib, Qazilər birliyinin rəhbərləri və həkimlərlə görüşüb. Həkimlərin müzakirəsindən sonra Respublika Travmatologiya Xəstəxanasından Professor Çingiz Əlizadə dəvət edilib. O, bildirib ki, vəziyyət ümidsiz deyil, amma xəstəni bu vəziyyətdə tərpətmək olmaz. Elə Respublika Klinik Xəstəxanasında müalicə edilib, əməliyyat olunmalıdır.

Qeyd edək ki, F.Rəhimov 1992-ci ilin yayında - 18 yaşında - Ağdamın Abdal-Gülabıl kəndi istiqamətində gedən döyüşlərdə aldığı çoxsaylı qəlpə yarası ilə ömürlük yataq xəstəsinə çevrilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 468

Oxşar yazılar