Azərbaycan təhsili dünya reytinqində
13 oktyabr 2017 12:47 (UTC +04:00)

Azərbaycan təhsili dünya reytinqində

Azərbaycanda təhsil sahəsində həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, dünya təhsil bazarında və bir sıra nüfuzlu beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. UNEC-dən Lent.az-a verilən məlumata görə, bu baxımdan bir neçə gün öncə açıqlanan Dünya İqtisadi Forumun qiymətləndirməsi xüsusilə təqdirəlayiqdir. Belə ki, “Ali təhsil və təlim” indeksi üzrə ölkəmizin mövqeyi son 4 ildə 22 pillə yaxşılaşaraq 90-cı yerdən 68-ci yerə qədər yüksəlib.

 

Bir sıra alt göstəricilər üzrə təhsil sahəsinin nailiyyətləri xüsusilə qürurvericidir. Belə ki, son 4 ildə “Təhsil sisteminin keyfiyyəti” göstəricisi 69 pillə (104-cü yerdən 35-ci yerə), “İdarəetmə məktəblərinin keyfiyyəti” göstəricisi 52 pillə (124-cü yerdən 72-ci yerə), “Riyaziyyat və elmi təhsilin keyfiyyəti” göstəricisi  42-ci pillə (108-ci yerdən 66-cı yerə), “Kadr hazırlığı dərəcəsi” göstəricisi 43 pillə (94-cü yerdən 51-ci yerə), “Yerli ixtisaslaşmış təlim xidmətləri” 35 pillə (79-cu yerdən 44-cü yerə), “Məktəblərdə internetə çıxış” göstəricisi 28 pillə (69-cu yerdən 41-ci yerə) yüksəlib.

 

Gələcəkdə Azərbaycanın uğurlu təhsil siyasətini daha ciddi nailiyyətlər gözlədiyinə inanırıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 198
avatar

Oxşar yazılar