Qənirə Paşayeva Macarıstanda Azərbaycanla bağlı konfrans keçirib
17 avqust 2016 13:36 (UTC +04:00)

Qənirə Paşayeva Macarıstanda Azərbaycanla bağlı konfrans keçirib

Millət vəkili Qənirə Paşayeva Macarıstanda Turan Qurultayı çərçivəsində, qurultayın keçirildiyi Buğaç meydanında Azərbaycanla bağlı konfrans verib. Lent.az-ın məlumatına görə, Azərbaycanın qədim tarixi barədə məlumatlar verən millət vəkili bütün müsəlman Şərqində ilk parlamentli demokratik respublikanın Azərbaycanda qurulduğunu, müsəlman şərqində Azərbaycanın qadınlara ilk dəfə seçmək və seçilmək haqqı verən ölkə olduğunu deyib. 

 

Azərbaycan-Macarıstan münasibətlərindən danışan millət vəkili Azərbaycanın və Türk dünyasının böyük şəxsiyyətlərindən Əli bəy Hüzeynzadənin macarlara ithafən 19-cu əsrin sonunda yazdığı “Turan” şeiri barədə danışıb və iki qardaş xalqın ortaq köklərini xüsusi vurğulayıb.

 

Azərbaycanın Macarıstanla əməkdaşlığın inkişafına verdiyi önəmi qeyd edən Q. Paşayeva bu istiqamətdə əldə olunana uğurlar barədə də danışıb və əməkdaşlığımızı daha da genişləndirmək üçün böyük potensial olduğunu vurğulayıb.

 

Tədbir iştirakçılarını Azərbaycan dəvət edən millət vəkili qardaş Macarıstandan daha çox turist gözləyirik deyib və Azərbaycanın turizm imkanları barədə də məlumatlar verib. Azərbaycanda müxtəlif xalqlar və dini icmalar arasında çox gözəl münasibətlər olduğunu deyən millət vəkili Q. Paşayeva ölkəmizdə multukulturalizmə verilən böyük önəmdən də danışıb və bu istiqamətdə həyata keçirilən yerli və beynəlxalq layihələri də vurğulayıb.

 

Qarabağ problemi, Ermənistanın işğal etdiyi torpaqlarımız barədə də çıxış edən millət vəkili tədbir iştirakçılarını Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyə çağırıb. Millət vəkili Q. Paşayeva tədbir iştirakçılarının suallarını da geniş cavablandırıb.  Konfransdan sonra millət vəkili Q. Paşayeva bir neçə macar tarixçisi ilə də görüşüb və geniş müzakirələr aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 135
avatar

Oxşar yazılar