Azərbaycanlı tələbə Türkiyədə ölüm ayağındadır
22 yanvar 2016 17:46 (UTC +04:00)

Azərbaycanlı tələbə Türkiyədə ölüm ayağındadır

Türkiyədə təhsil alan azərbaycanlı İbrahim Hacıyev leykoz xəstəliyindən əziyyət çəkir. Lent.az-ın məlumatına görə, o, Bakı Dövlət Universitetində pulsuz təhsilini müvəffəqiyyətlə bitirdikdən sonra magistratura təhsili qazandığı İstanbul Texniki Universitetində imtahana girmək üçün bir həftə əvvəl İstanbula gedib. Təyyarədən düşən zaman halı pisləşib. Vəziyyəti ağır olduğundan həkimlər imtahanın ikinci mərhələsinə girməyə icazə verməyiblər. Təcili reanimasiyaya (Medipol Mega Universite Xəstəxanası) yerləşdirilən İbrahimə ALL (Acute Lymphoblastic Leukemia) tipli leykoz diaqnozu qoyulub.

 

İ. Hacıyev ailənin son beşiyidir. Bu xəstəxanada cəmi 2 gün ərzində 40,000 TL (təxminən 13,300 ABŞ dolları) borc yazılıb. Medipol Mega Universite Xəstəxanası ailənin bu borcu və artacaq xərci ödəmək iqtidarında olmadıqlarını öyrəndikdən sonra yerindən tərpənməsi belə təhlükəli olan İbrahimi xəstəxanada saxlamaq istəməyib. İbrahim qardaşı və dostların köməkliyi ilə başqa xəstəxanaya köçürülüb.

 

İbrahim indi Acıbadem Üniversitesi Atakent Xəstəxanasındadır və artıq mübarizə apardığı B-ALL tipli leykoz xəstəliyinin müalicəsi üçün kimyaterapiya prosesinə başlayıb. 

 

30 günlük kimyaterapiya kursunun və xəstəxana xərclərinin ilkin miqdarı 40 min ABŞ dollarıdır. Daha sonra allogen transplantasiya (sümük iliyinin koçürülməsi) üçün isə əlavə 40 min ABŞ dollarına ehtiyac olacaq. Bundan əlavə kimyaterapiya müddətində bəzi dərmanlar lazım olur ki, onların da hər birinin minimum 2 min avro dəyərində olduğu deyilir.

 

İbrahimin qardaşı Mikayılın adına bank hesabı açılıb. Ölüm ayağında olan azərbaycanlı gəncə yardım etmək istəyənlər aşağıdakı bank hesabına pul köçürə bilərlər.

 

Mikayıl Hacıyev adına açılmış Azərbaycandakı Bank hesabı:

Hesab nömrəsi: AZ87MOSZ41010944130279487001

Hesabın sahibi: Hacıyev Mikayıl

Bank: QSC “Bank Standard” KB

SWIFT: MOSZAZ22

Müxbir hesab: AR AMB MƏİ-də AZ66NABZ01350100000000003944

Kod: 502337

VÖEN 9900006801

 

Hətta Million vasitəsi ilə ödəniş edə bilərsiniz. Müştəri İD: 279487 Doğum tarixi: 12.12.1984

 

Nağd yardım etmək çatdırmaq istəyənlər üçün isə aşağıdakı insanlara müraciət edə bilərsiniz:

Teymur – +90 530 615 4964 (İstanbul)

Huseyn – 0702012021 (Bakı)

Kamal – 0702011543 (Bakı)

Rəşid – 0556232436 (Bakı)

 

Əlavə məlumat üçün İbrahimin ailəsi ilə əlaqə saxlaya bilərsiniz:

Atası: Hacıyev Tərlan Fərhad oğlu (+994 55 203 1905)

Hacıyev İsmayıl Tərlan oğlu (Türkiyə: +90 555 533 1905)

Hacıyev Mikayıl Tərlan oğlu (+994 70 201 1530)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 224
avatar

Oxşar yazılar