ƏƏSMN-də əməkdaşlıq məsələləri müzakirə olundu
18 aprel 2013 12:45 (UTC +04:00)

ƏƏSMN-də əməkdaşlıq məsələləri müzakirə olundu

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov ölkəmizdə səfərdə olan Tacikistan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyətini qəbul edib. Bu barədə Lent. az-a  nazirlikdən məlumat verilib.

Görüşdə nazir respublikamızda həyata keçirilən əsaslı sosial-iqtisadi islahatlar, eyni zamanda sosial təminat sisteminin təkmilləşdirilməsi, icra olunan mühüm sosial proqramlar barədə qonaqlara ətraflı məlumat verib. 

Nazir Azərbaycanla Tacikistan arasında olan əlaqələrin hər iki nazirlik arasında əməkdaşlıq üçün  yaxşı imkanlar yaratdığını deyib.

Tacikistan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Emin Sanqinov nazirliyin fəaliyyət sahələri barədə məlumat verib, Azərbaycanla əmək və sosial müdafiə sahəsində əməkdaşlığın həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə qeyd olunub ki, hər iki nazirlik arasında əməkdaşlığın qurulması məqsədi ilə «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Tacikistan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Saziş»in layihəsi  Xarici İşlər Nazirliyinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 595

Oxşar yazılar