9 illik bazadan kolleclərə ixtisas seçimi başa çatır
21 iyul 2015 11:28 (UTC +04:00)

9 illik bazadan kolleclərə ixtisas seçimi başa çatır

 

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 9 illik bazadan ixtisas seçimi edən abituriyentlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ümumi ( 9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi bu gün saat 23:59-da başa çatır. Həmin vaxta kimi ixtisas seçimi edib təsdiq etməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

 

İndiyədək Azərbaycan bölməsi üzrə 13103,  rus bölməsi üzrə 512, ümumilikdə 13615 abituriyent ixtisas seçimi edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 366
avatar

Oxşar yazılar