Son 5 ay ərzində Azərbaycanda 6 146 nəfəri müxtəlif heyvanlar dişləyib.
Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi təhlükəli infeksion xəstəliklər şöbəsinin həkim-epidemioloqu Nazənin Məmmədova bildirib.
Onun sözlərinə görə, 5383 nəfəri it, 440 nəfəri pişik, 210 nəfəri siçovul, 113 nəfəri isə başqa heyvanlar dişləyib.
2014-cü ilin müvafiq dövrü ilə müqayisədə bu il heyvan dişləmələri statistikasında azalma qeydə alınıb. Belə ki, ötən il respublika üzrə 5637 nəfəri it , 372 nəfəri pişik, 195 nəfəri siçovul, 130 nəfəri digər heyvanlar olmaqla ümumilikdə 6334 nəfəri müxtəlif heyvanlar dişləyib.
Bakı üzrə isə son 5 ay ərzində 1905 dişləmə faktı qeydə alınıb. 1499 nəfəri it, 260 nəfəri pişik, 112 nəfəri siçovul, 34 nəfəri isə başqa heyvanlar dişləyib. Bu, keçən illə müqayisədə çoxdur. Ötən il Bakı üzrə ümumilikdə 1733 dişləmə faktı qeydə alınıb ki, bunlardan 1372 nəfəri it, 237 nəfəri pişik, 124 nəfəri siçovul, 30 nəfəri isə digər heyvanlar dişləyib.
Taun əleyhinə stansiyanın şöbə müdiri Rita İsmayılovanın Lent.az-a verdiyi məlumata görə, son 5 ay ərzində heyvan dişləmələri ilə bağlı hər hansı bir virusa, quduzluğa yoluxma hallarına rast gəlinməyib.