600 kq qarpız-yemiş satışdan çıxarıldı - <span style="color:red;">tərkibindəki nitrata görə
09 iyul 2015 12:25 (UTC +04:00)

600 kq qarpız-yemiş satışdan çıxarıldı - tərkibindəki nitrata görə

Bazarlarda satılan yemiş və qarpızların yoxlanış monitorinqləri zamanı təxminən 600 kq qarpız və yemiş satışdan çıxarılıb.

Bunu Lent.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət-Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimov deyib.

Y. İbrahimovun sözlərinə görə, mövsümlə əlaqədar bazarlarda satılan yemiş və qarpızlarda gübrələrin miqdarının yoxlanılması tədbirləri davam etdirilir. Tərkibində nitratın miqdarı yüksək olan qarpız, yemiş bitkiləri artıq satışdan çıxarılıb: “ Bakıda yerləşən bazar və pərakəndə satış obyektlərində yoxlama aparmışıq. Tərkibində nitrat miqdarı çox olan qarpız, yemişlər satışdan çıxarılıb. Yoxlama prosesini bölgələrdə davam etdirməyi də planlaşdırırıq”.

Yol kənarlarında satılan qarpız, yemişləri almaq isə doğru deyil. Y. İbrahimov  bu bitkilərin yoxlanmadığını deyib: “ İnsanlar doğru olmasa da, daha çox yol kənarlarındakı qarpız, yemişləri alıb yeyirlər. Biz əsasən iri bazar və pərakəndə satış obyektlərində yoxlama apardığımız üçün yol kənarlarında satılan qarpız, yemişlərə görə məsuliyyət daşımırıq. Ancaq bu problemin həlli üçün gələcəkdə qarpız, yemiş bitkilərinin birbaşa sahədə yoxlanması üçün səyyar laboratoriyaların təşkili nəzərdə tutulur ”.

Qarpız yemək üçün avqust ayını gözləməyi məsləhət görən Y. İbrahimovun sözlərinə görə, iyul ayının sonu, avqust ayının əvvəlində qarpızın tərkibindəki nitratın miqdarın normaya uyğun olduğu üçün onu rahatlıqla yemək olar. 

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 232
avatar

Fərizə Əhmədova

Oxşar yazılar