42 dərəcə isti olacaq
29 iyun 2015 12:30 (UTC +04:00)

42 dərəcə isti olacaq

İyunun 30-da Bakıda və Abşeron yarımadasında hava şəraiti  əsasən yağmursuz keçəcək.   

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 22-25 dərəcə, gündüz  32-37 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 20-25, gündüz 35-42 dərəcə, dağlıq rayonlarda gecə 15-20, gündüz 27-32  dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 283

Oxşar yazılar