Avqustun 13-də Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 23-27° isti, gündüz 34-39°, yarımadanın bəzi yerlərində 41° isti olacağı gözlənilir. Bakıda gecə 24-26° isti, gündüz 38-40° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə havanın yağmursuz keçəcəyi, mülayim şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 43° isti, dağlarda gecə 15-20° isti, gündüz 29-34° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji xəbərdarlığa gəlincə isə, avqustun 13-14-də Abşeron yarımadasında gözlənilən isti temperatur diskomfort şərait əksər əhali üçün əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil.