Sabah Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti müşahidə olunacaq, səhər bəzi yerlərdə zəif duman olacaq.
Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə Bakıda gecə 25-27 dərəcə isti, gündüz 37-41 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 27-28 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx)
Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu 28-29 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında yağmursuz hava şəraiti Səhər bəzi yerlərdə zəif duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 38-43 dərəcə isti, dağlarda gecə 17-22, gündüz 26-31 dərəcə isti təşkil edəcək.