40 dərəcə isti olacaq
13 avqust 2015 12:38 (UTC +04:00)

40 dərəcə isti olacaq

Bakı və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi, gündüz cənub-şərq küləyinin əsəcəyi  gözlənilir.      

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə   23-26 dərəcə, gündüz 32-37 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcək, mülayim şərq küləyi əsəcək .

Havanın temperaturu Aran rayonlarında gecə 20-25, gündüz 35-40 dərəcə, dağlıq rayonlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 239

Oxşar yazılar