30 nəfər əlil Ukraynaya bərpa müalicəsinə göndəriləcək
22 iyul 2013 13:11 (UTC +04:00)

30 nəfər əlil Ukraynaya bərpa müalicəsinə göndəriləcək

 

 

Daha 30 nəfər əlil Ukraynaya bərpa müalicəsinə göndəriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, “2013-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, yaxın günlərdə ƏƏSMN tərəfindən daha 30 nəfər əlil 28 günlük Ukraynanın Krım vilayətinin Saki şəhərindəki N. Burdenko adına Onurğa-beyin sistemi zədələnmiş xəstələr üçün ixtisaslaşmış müalicə mərkəzinə yollanılacaq.

 

Qeyd edək ki, cari ildə həmin müalicə mərkəzində 35 nəfər, Latviyanın Yurmala şəhərində yerləşən  «Vaivari» sanatoriyasında isə 30 nəfər əlil vətəndaşın bərpa müalicəsi təşkil olunub. Hər iki ixtisaslaşmış müalicə mərkəzi səmərəli fizioterapevtik müalicə üsulları ilə məşhurdur və onlarda  aparılan müalicə kursu əlillərin səhhətində yaxşılaşmaya səbəb olur. Bərpa müalicəsinə göndərilən əlillərin əksəriyyəti ölkəmizin ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş insanlardır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 589
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar