2 nəfər travma alıb - <span style="color:red;">Təcili yardım
26 yanvar 2016 10:22 (UTC +04:00)

2 nəfər travma alıb - Təcili yardım

 

“Hava şəraiti ilə əlaqədar 2 nəfər travma alıb”.

 

Bu barədə Lent.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.

 

Baş həkim əlavə edib ki, hazırda travma almış həmin şəxslər üzərində rentgen aparılır.

 

Bütün təcili yardım stansiyaları köməkçi nəqliyyat vasitələri ilə təmin edilib: "Yollarda heç bir problem yoxdur və əhalinin bütün çağırışları yerinə yetirilir".

 

Baş həkim onu da qeyd edib ki, son bir gün ərzində təcili yardıma ümumilikdə 1800 çağırışı daxil olub və bütün çağırışlar icra edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 282
avatar

Fərizə Əhmədova

Oxşar yazılar