21 mağazada zay məhsul aşkarlandı – SİYAHI
20 may 2013 13:18 (UTC +04:00)

21 mağazada zay məhsul aşkarlandı – SİYAHI

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

 

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verişən məlumata görə, monitorinq zamanı Bakının Nəsimi rayonunda R.Behbudov  küçəsi, ev 65 ünvanında Tural Salamova məxsus “Dalğa” mağazasında,  Nərimanov rayonunda Z.Xəlil və V.Mayakovski küçələrinin kəsişməsində Arif Məmmədova məxsus mağazada, Ə.Əlizadə küçəsi, ev 42/9 ünvanında Sadiqə Abdullayevaya məxsus “Viola” mağazasında, Sumqayıt şəhərində 17-ci mikrorayon, Nizami küçəsi, ev 121 ünvanında İlqar Bəhlulova məxsus “Nərgiz”  mağazasında, 12-ci mikrorayon, ev 4 ünvanında Səfayə Dəmirovaya məxsus mağazada, 11-ci mikrorayon, ev 34 ünvanında İlqar Alıyevə məxsus mağazada, Xaçmaz şəhərində 20 Yanvar küçəsində Vüsal Abidova məxsus mağazada, 28 May küçəsində Coşqun İsgəndərova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb.

 

Bakının Binəqədi rayonunda M.Rəsulzadə qəsəbəsi, 6-cı mikrorayon, Davudoğlu küçəsi, ev 17  ünvanında Elşən Behbudova  məxsus “A.M.İ” mağazasında, Səbail rayonunda Q.Abbasov küçəsi, ev 32 ünvanında Mehdi Əliyevə məxsus “Express” mağazasında, Yasamal rayonunda Ə.Hüseynzadə küçəsi, ev 64 ünvanında Məmməd Fərzəliyevə məxsus “Star” mağazasında,  Gəncə şəhərində Xətai prospekti, ev 1 ünvanında Ulduz Əkbərovaya və Ayaz Qədirova məxsus mağazalarda, N.Nərimanov prospektində Arzu Əliyevaya məxsus mağazada, Sadıllı qəsəbəsi, “Kəpəz Bazarı” ATSC-nin arxasında Famil Abbasova məxsus mağazada,    Göyçay şəhərində Natəvan küçəsində Zamir Abbasova məxsus mağazada, Nizami küçəsində İlham Məmmədova məxsus “İnci” mağazasında,  Natəvan küçəsində Rövşən Hüseynova məxsus mağazada, Atatürk küçəsində Mahirə Şirinovaya məxsus mağazada, Xaçmaz şəhərində 20 Yanvar küçəsində Tofik Abbasova məxsus mağazada, M.Ə.Rəsulazadə küçəsində Telman Hüseynova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı müəyyən edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1072
avatar

Oxşar yazılar