Mustafayev Əhrimusun 6 yaşı var. Ağır xəstəliyə düçar olub. Uşaqlıqdan yeriyə bilmir. Xəstəliyinin adı damar hemangiomasıdır. Bu barədə Lent.az-a Əhrimusun ailəsi məlumat verib. Onların sözlərinə görə, uşağın xəstəliyinin müalicə var. Xəstəlik ağciyərə nüfuz etdiyindən 5 yaşında Əhrimus ilk əməliyyatını keçirib. Daha sonra ayaq sümükləri boşaldığından ikinci dəfə əməliyyat olunub. Aparılan əməliyyatlara baxmayaraq, uşağın ayaqları pis vəziyyətdədir. Təcili növbəti dəfə əməliyyat olunmalıdır.
Türkiyədə həkimlər Əhrimusun ayaqlarının sağalacağını öz öhdəsinə götürüb. Bu əməliyyat üçün cəmi 20 min dollar pul tələb olunur. Ailənin isə buna maddi gücü çatmır.
6 yaşlı uşağın ayaqlarını xilas etmək üçün həkimlər 4 ay vaxt qoyub. Artıq həmin müddətin çoxu gedib. Ay yarıma Əhrimus əməliyyat olunmazsa, ən yaxşı halda 6 yaşlı uşağın ayaqları amputasiya olacaq. Pis halda uşağı ölüm gözləyir.
Əhrimusun ailəsi xeyirxah insanlara müraciət edir. Bu uşağa yardım etmək istəyənlər üçün bank hesabı açılıb. Hesab nömrəsi şəkillərə əlavə olunub.
Gəlin, Əhrimusu xilas edək!